» » Aktyorlardan "Paramparça"dakı açıq-saçıq səhnələrə etiraz

Aktyorlardan "Paramparça"dakı açıq-saçıq səhnələrə etiraz

Aktyorlardan "Paramparça"dakı açıq-saçıq səhnələrə etiraz
Aktyorlardan "Paramparça"dakı açıq-saçıq səhnələrə etiraz

Star TV-nin sevilən seriallarından olan "Paramparça"nın gənc aktyorları reytinq üçün ssenariyə əlavə olunan açıq-saçıq səhnələrdən narahat olub.lar.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, reytinqli serial ətrafında söz-söhbət hələ də səngimir.

Baş rol ifaçısı Erkan Petekkaya və Nurgül Yeşilçayın öpüşmə səhnəsi ətrafında yaranan qalmaqalın məhkəməyə daşınmasının ardından gənc aktyorlar da ssenariyə daxil edilən açıq-saçıq səhnələrə etiraz ediblər.

İddialara görə, Erkan Petekkaya ilə problem yaşayan Nurgül Yeşilçayın 52-ci hissədə serialı tərk etməsiylə ssenaristlər reytinqi salmamaq üçün gənc oyunçular Alina Boz və Leyla Tanların səhnələrinə üstünlük verib. Serialda Yeşilçayın qızı Hazalı oynayan Bozun yer aldığı hissələrə də açıq-saçıq səhnələr əlavə edilib. Gənc aktrisa bu vəziyyətdən narahat olduğunu prodüser və rejissora bildirməsinə baxmayaraq, ssenaridə heç bir dəyişiklik edilməyəcəyi bəlli olub.

Aktyorlardan "Paramparça"dakı açıq-saçıq səhnələrə etiraz