» » Yeni albomu üçün sevgilisini tərk etdi

Yeni albomu üçün sevgilisini tərk etdi

Yeni albomu üçün sevgilisini tərk etdi
Yeni albomu üçün sevgilisini tərk etdi Türkiyəli müğənni Hande Yener çıxaracağı yeni albomu uğruna sevgilisi Ozan Ögütdən ayrılıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande iyunun 6-da çıxarılacaq albomu ilə gündəmi alt-üst etməyə hazırlaşır. “Hepsi hit” adlı alboma adından göründüyü kimi bir-birindən hit olacaq mahnılar toplanıb. Özünü bütünlüklə bu alboma həsr edən sənətçinin studiyada yatıb-qalxdığı, hər şeyi ikinci sıraya atdığı deyilir. Hətta əyləncələrə belə ara verən Hande Yener ötən gecə sevgilisi ilə çəkişib, daha sonra onu tərk edərək, otellərin birinə yerləşib.
Xatırladaq ki, Ozan Ögütlə iki ildir bərabər olan Hande Yenerin yaxın zamanlarda nigah masasına oturacağı gözlənilirdi. Amma Hande sənətini ön plana keçirməklə, evlilik planının üstündən xətt çəkib.