» » "Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar

"Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar

"Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar
"Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar

"KİRVƏM BÜLENT ERSOY İDİ, AMMA DEDİLƏR QADINLARA OLMAZ"

Müğənni Alişan "Renkli sayfalar" proqramına qonaq olub.

Ucarliyiq.biz - in məlumatına görə, ifaçı maraqlı açıqlamalar edib. Model Çağla Şikellə münasibətlərindən danışan müğənni çox yaxın olduqlarını deyib:

"İlk klipimi çəkəndə Çağlaya təklif göndərmişdik, amma o vaxtkı sevgilisi icazə vermədi. Sonra Allah belə elədi ki, 12 ildir bərabərik. Hələ bundan sonra 12 il də bir yerdə işləcəyimizi düşünürəm. Başıma pis ya yaxşı bir şey gələndə ilk ona yazıram. Hətta blr qızla tanış olan dərhal ona qızın fotosunu yollayıram ki, "bax, necədir". Çox sərtdir, baxan kimi "bu olmaz" deyir. Düzdür, mən də o elə dediyi üçün vaz keçmirəm, amma nəticədə olmur. "Hıdrellez" bayramında arzularımızı dilədik. Mən sağlam və xeyirli bir bəxt istədim. Çağla da uşaqları üçün arzu tutdu, planında ailə qurmaq yoxdur".

"Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar


Müğənni daha sonra bir zamanlar yaxın olduğu həmkarları Mahsun Kırmızıgül və Özcan Deniz haqda danışıb:

"Mən əsgərliyə gedəndə heç kim "gülə-gülə get, gəl" demədi. Qardaşım evləndi, heç kim "xeyirli olsun" demədi. Əməliyyat olundum, "keçmiş olsun" deyən görmədim. Mən də Mahsun evlənəndə, uşağı olanda zəng vurub təbrik etmədim. İkisiylə də danışmıram və bir daha danışacağımı düşünmürəm. Özcan məndən bir yaş böyük, Mahsunla aramızda yaş fərqi çoxdur. Bir yerdə qarşılaşsaq, onlara salam vermərəm. Bundan sonra həyatımda olmayacaqlar".

Alişan İbrahim Tatlıses və Bülent Ersoy haqda da maraqlı açıqlamalar edib:

"Hamımız bir kisəyə qoy, suyumuzu sıx, bir İbrahim Tatlıses ola bilməz. Onun yerini heç kim doldura bilmir. Sünnətimdə kirvəm Bülent Ersoy olmuşdu. "Diyanet"dən (Dini İdarə) açıqlama gəldi ki, "Qadından kirvə olmaz".

"Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar

"Qarşılaşsaq, salam vermərəm..." - Alişandan sərt ittihamlar