» » "Sinəsi və arxası açıq libasım siyasi mesajdır" - 57 yaşlı müğənni

"Sinəsi və arxası açıq libasım siyasi mesajdır" - 57 yaşlı müğənni

"Sinəsi və arxası açıq libasım siyasi mesajdır" - 57 yaşlı müğənni
"Sinəsi və arxası açıq libasım siyasi mesajdır" - 57 yaşlı müğənni

"Met Gala" mərasimində sinəsi və arxası açıq kostyum geyinərək diqqət çəkən 57 yaşlı Madonna onun tənqid edənlərə cavab verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, geyiminin siyasi bir mesaj olduğunu deyib. Madonna onu bəyənməyənlərə ayriseçkilik və cinsiyyət fərqi etməkdə günahlandırıb. O, "Givenchy"yə aid libası haqda bunları deyib

"Dünyada insan haqları, homoseksualların hüquqları mövzusunda mübarizə apardıq və buna davam edirik. Ancaq iş qadın haqlarına gəldiyi zaman əslində hələ də qaranlıq dövrlərdəyik. MET Gala gecəsində geyindiyim libasım bir dəb nümayişi olduğu qədər, həm də siyasi bir duruş idi. Bir qadının yalnız bəlli bir yaşda macəraçı olmasını gözləmək, seksuallığını göstərməsinə icazə verməmək bizim hələ də cinsiyyət fərqi qoyduğumuzu və yaşlı qadınlara qarşı qərəzli olduğumuzu göstərir".

Madonna bu libasıyla qadınlara çağırış etdiyini deyib:

"Heç vaxt hansısa sərhədlər içində olmayacağam. Əgər risk almasaq, dəyişiklik edə bilmərik. Tarixi ancaq belə dəyişdirə bilərik. Libasımla bağlı probleminiz varsa, əvvəl qərəzliliyinizi nəzərdən keçirin. Nina Simonenin dediyi kimi, "Azadlığın yolu qorxusuz olmaqdan keçər". Cinsiyyət bərabərliyi üçün ayrıseçkilik edənlərə qarşı mübarizəmə dəstək verin".