» » "Delibal"ın Füsununa sürpriz təklif

"Delibal"ın Füsununa sürpriz təklif

"Delibal"ın Füsununa sürpriz təklif
"Delibal"ın Füsununa sürpriz təklif Türkiyəli aktrisa Leyla Lydia Tuğutlu yaxın günlərdə sürpriz layihə ilə fanatlarının qarşısına çıxacaq.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Cağatay Ulusoyla baş rollarını paylaşdığı "Delibal" filmiylə kinosevərlərin böyük rəğbətini qazanan Tuğutlu, daha sonra "Kiralık aşk" serialında qonaq oyunçu kimi yer alıb. Aktrisa eyni zamanda Kanal D-də yayımlanan "Tatlı intiqam" adlı serialda çəkilir.

"Miss Türkiyə-2008"in gözəli olan Tuğutlu "Delibal" filmində aktrisalığı qədər səsi ilə də böyük rəğbət qazanıb. Filimdə səsləndirdiyi "lovefool" mahnısı Youtube kanalında 4 milyondan artıq dinləyici rekordu vurandan sonra musiqi şirkətləri aktrisaya daha böyük uğur gətirəcək yaradıcılıq təklifi ediblər. 5 il skripka dərsləri alan Leyla "Mahnı oxumaq kimi bir iddiam yoxdur" desə də, təklifi rədd etməyib. O, yeni layihə üçün iyun ayında studiyaya girəcək.