» » Tarkanın toyunda qonaqlara qadağa - foto

Tarkanın toyunda qonaqlara qadağa - foto

Tarkanın toyunda qonaqlara qadağa - foto
Tarkanın toyunda qonaqlara qadağa - foto Dünən müğənni Tarkanın Almaniyanın Köln şəhərində, tarixi məkan olan "Flora im Botanischen Garten"da toyu baş tutub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, sevgilisi Pınar Dileklə ailə quran meqastar toyunda qonaqlara foto çəkərək sosial şəbəkələrdə paylaşmaq qadağası qoyub. 100 nəfərlik mərasimdə gəlinin qohumları üstünlük təşkil edib.

Səbəbkarlar toy məkanına "Mercedes Vito" avtomobilində gəliblər. Pınar gəlinlik markası "Pronovias"dan geyinib. Tarkan isə gözlənilənlərin əksinə olaraq erməni dizayner Levon Kordonciyanın deyil, Hatice Gökçenin hazırladığı smokinqdə görünüb.

Cütlük bal ayına sentyabrda çıxacaq. Çünki Tarkan mayın 20-i də daxil olmaqla konsertlərinə görə turnedə olacaq.

Tarkanın toyunda qonaqlara qadağa - foto