» » Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı
Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı Film və serial dünyası nə qədər əyləncəli şöhrət qazandıran olsa da, təhlükəli tərəfləri ilə də seçilir.

Ucarliyiq.biz xarici KİV-ə istinadən çəkilişlər zamanı dünyasını dəyişən məşhurların siyahısını təqdim edir.

Con-Erik Heksam dövrünün ən yaraşıqlı model və aktyorlarından idi. O, 1984-cü ildə "Gizlədilmiş fakt" serialının çəkilişi zamanı yalançı patronla doldurulmuş tapançanı gicgahına dayayaraq atəş açır. Lakin kəllənin sınığı və daxili qanaxmadan aktyor dünyasını dəyişir.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


Atası Bryus Linin yolunu davam etdirən Brendon Li film çəkilişləri əsnasında ölüb. Ona atəş edilən səhnələrdən birində silah ilişir və Li həqiqətən vuruldu. Onurğasına batan güllə Linin sonu olub.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


Tayron Pauer 1939-41-ci illərdəki fəaliyyəti ilə "Hollivudun kralı" adını qazanmışdı. 1959-cu ildə "Solomon və Şeba (Bilqeyis)" filminin çəkilişləri zamanı ürək tutması nəticəsində dünyasını dəyişib.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


1923-cü ildə "The Warrens of Virginia" filminin çəkilişində Marta Mensfildin oturduğu avtomobilə təsadüfən yanan kibrit düşür. Dərhal donu alışan aktrisa ağır bədən yanıqları alır. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


2003-cü ildə Con Ritter epizodik rol aldığı bir serialın çəkilişi zamanı ürək tutması nəticəsində ölüb.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


1982-ci ildə "Qaranlıq ərazi" filminin çəkilişləri zamanı Vik Morrou və digər iki nəfər səhnələrdən birində mindikləri vertolyotda havada qəzaya uğrayıb dünyalarını dəyişirlər.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


Aktyor Roy Kinnir 1988-ci ildə "Muşketyorların qayıdışı" filminin çəkilişində atdan yıxılaraq zədələnir. Növbəti gün isə o, infarkt keçirərək vəfat edir.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


1930-cu illərin ən seksual aktrisalarından olan Cin Harlou "Saratoqa" filminin çəkilişləri zamanı ağrılar içində xəstəxanaya çatdırılır. Bir neçə gün sonra isə o, böyrək çatışmazlığından vəfat edir (1937).

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


Redd Foks 1991-ci ildə "Kral ailəsi" serialının çəkilişləri davam edərkən ürək çatışmazlığından ölüb.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


Aktyor Erik Fleminq və Niko Minardos "Yalançı dəri" serialının çəkilişi zamanı çaya düşürlər. Minardos xilas olsa da, Erik boğulur. Onun meyitini piraniyalar dağıdır (1966).

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı


Oliver Rid 1999-cu ildə "Qladiator" filminin çəkilişləri zamanı dincəlmək üçün bara gedir və "Kim çox içə bilər?" yarışına qoşulur. Təhlükəli oyun zamanı 61 yaşlı aktyor ürək tutmasından dünyasını dəyişir.

Çəkilişlər zamanı dünyasını dəyişən məşhurlar - foto-siyahı