» » Kıvanç Tatlıtuğ ailəsi böyüyür

Kıvanç Tatlıtuğ ailəsi böyüyür

Kıvanç Tatlıtuğ ailəsi böyüyür
Kıvanç Tatlıtuğ ailəsi böyüyür

9 fevralda evlənən Kıvanç Tatlıtuğ və xanımı Başak Dizerin heyvanlara sevgisi günü-gündən artır.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, toydan sonra Bəbəkdəki yeni evdə yaşayan və bir it, 3 pişiyi olan məşhur cütlük daha bir pişiyə sahibləniblər.

Gözəl stil məsləhətçisi Başak həyat yoldaşı Kıvançla gördüyü sahibsiz küçə pişiyini evinə gətirməyə qərar verib. O, bala pişiyin fotosunu İnstagramda paylaşaraq, bunları qeyd edib:

"Yaxşı, sən də gəl mavi gözlü. Bir halda ki, qarşıma çıxdın, aramıza, evimizə xoş gəldin".

Mavi gözlü balaca pişiyin fotoşəkilinə "Ailəniz getdikcə böyüyür" və "Qarşınızda kiçik Kıvanc Tatlıtuğ" kimi şərhlər yazılıb.

Kıvanç Tatlıtuğ ailəsi böyüyür