» » Beyonsun ərinin nigahdan kənar oğlu var iddia

Beyonsun ərinin nigahdan kənar oğlu var iddia

Beyonsun ərinin nigahdan kənar oğlu var iddia
Beyonsun ərinin nigahdan kənar oğlu var iddia

Dünya şöhrətli müğənni Beyonsun həyat yoldaşı, reper Cey Zinin 22 yaşlı oğlu olduğu iddia edilir.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, Vanda Sattertveyt adlı qadın reperin Rimir adlı 22 yaşlı oğlunu böyütdüyünü bəyan edib. Qadın yaxın günlərdə Cey Zini məhkəməyə verərək, oğlunun atası olduğunu hüquqi yolla sübüt edəcəyini bildirib.

Vanda 46 yaşlı ifaçının DNT testini etdirməyəcəyini və oğlunu varisi kimi qəbul etməyəcəyindən qorxduğunu açıqlayıb;

"Adım Vanda Sattertveytdir, Rimir Sattertveytin anasıyam. Bütün dünya bilsin ki, mən Cey Zidən olan oğlanın anasıyam".

20 il əvvəl Cey Zi ilə görüşdüyü zaman hamilə qaldığını bildirən qadın "Atalığı müəyyən etmək istəyirdim, amma heç nə edə bilmədim. Təslim olmaq fikrində deyiləm və bunu heç vaxt etməyəcəyəm. Oğlum atasının tanımaldır” deyib.

Xatırladaq ki, Cey Zinin Beyonsla evliliyindən 4 yaşlı Blu Ayvi adlı qızı var və o reperin yeganə rəsmi uşağı sayılır.