» » Oya Aydoğanın həkimi: "İflic riski var"

Oya Aydoğanın həkimi: "İflic riski var"

Oya Aydoğanın həkimi: "İflic riski var"
Oya Aydoğanın həkimi: "İflic riski var"

Ötən gün xəstəxanaya yerləşdirilən aktrisa Oya Aydoğanın səhhəti ilə bağlı yeni xəbər var.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Söylemezsem Olmaz" proqramında qonaq olan türkiyəli aktrisa Oya Aydoğanın həkimi əməliyyatının yaxşı keçdiyini, ancaq iflic və ya nevroloji nəticələrin qaçılmaz ola biləciyini dilə gətirib. Ürək və damar cərrahiyyəsi üzrə mütəxəssis Sərdar Uğur damar çatlamasının 50-60 yaşlar arasında, adətən qadınlarda 100 mində bir adamda görünən bir xəstəlik olduğunu deyib. O, aktrisada bunun daha əvvəldən başlayan bir yırtılma olduğunu açıqlayıb.

Oya Aydoğanla hər səhər "Beyaz" TV-də eyni proqramı paylaşan Lerzan Mutlu və Bircan İpek bu günkü canlı efirdə aktrisanın 12 saatlıq əməliyyatdan sonra vəziyyətinin ağır olğdunu bildiriblər. Onlar tamaşaçılarla birlikdə sənət dostu üçün dua ediblər.

Lerzan Mutlu çıxışında bildirib ki, həkimlər Oyanın qanaxmasını dayandırmaqda çox çətinlik çəkiblər.

"İnşallah yaxşı xəbərlərlə Oya sevərlərə müjdə verərik. Həkimlər hər an onun başının üstündədirlər. Dua edək çətin anları geridə qoysun" - deyən L.Mutlu göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, sevilən aktrisa aorta damarının cırılması nəticəsində xəstəxanaya yerləşdirilib.