» » Milyonlar qazanan aktyor toy xərcini yarıya saldı

Milyonlar qazanan aktyor toy xərcini yarıya saldı

Milyonlar qazanan aktyor toy xərcini yarıya saldı
Milyonlar qazanan aktyor toy xərcini yarıya saldı

14 mayda Sinem Koballa evlənməyə hazırlaşan türkiyəli aktyor Kenan İmirzalıoğlu, otel sahibi ilə toy haqq-hesabını danışaraq, xərcləri yarıya salıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyun keçirirləcəyi "Ortunc" oteli iki günlüyə bağlatdıran aktyor, bunun müqabilində 280 min lirə ödəyəcək.

Toy mərasimiylə bağlı bəzi təfərrüatlar qeyd edilir. İddialara görə, otelin sahibi Onur Tuncla bazarlıq edən İmirzalıoğlu, ona verilən qiymətin az qala yarısına razılaşıb. Həftə sonu üçün oteli bağlatdıran aktyorun, 280 min lirə ödəyəcəyi təqsdiqini tapıb. Otel sahibi güzəştlə ona 300 min lirə təklif etsə də, İmirzalıoğlu bazarlığını 280 min lirədə dayandırıb.

Toyun problemsiz keçməsi üçün keçən həftə otelə gedib detalları danışan məşhur aktyor, yeməklər üçün də mehmanxananın aşpazı ilə görüşüb.