» » Cennifer Lopez Rihannanın çəkmələrini geyindi

Cennifer Lopez Rihannanın çəkmələrini geyindi

Cennifer Lopez Rihannanın çəkmələrini geyindi
Cennifer Lopez Rihannanın çəkmələrini geyindifoto

Amerikalı ulduz Cennifer Lopez yeni klipi "Aint Your Mamada"nın çəkilişi zamanı Rihannanın ona hədiyyə etdiyi çəkmələri geyinib.

Ucarliyiq.biz xəbər verirr ki, əfsanəvi dizayner Manolo Blahniklə əməkdaşlıq edən Rihanna ötən həftə bu silsilədən ayaqqabı kolleksiyasını satışa çıxarıb.

Bir-birindən parlaq modellərin yer aldığı bu ayaqqabıları kimin geyinəcəyi maraq edilərkən, kolleksiyanın ən iddialı parçası olan uzunboğaz çəkmə Ceniffer Lopezə qismət olub. Rihanna həmin çəkmələrin onu seksual göstərəcəyini vurğulayaraq, bunları qeyd edib:

"Bu çəkmələrin Cenniferə məndən yaxşı yaraşacağına inanıram".

Lopez Rihannanın bu jestini cavabsız qoymayıb. O, yeni klipində həmin çəkmələri geyinməklə, ulduz həmkarına təşəkkürünü bildirib. Klipi görən Rihanna İnstagramda ona minnətdarlıq edib.

Cennifer Lopez Rihannanın çəkmələrini geyindi