» » Hadisəni əsəbiləşdirdilər: "Çox ayıb..."

Hadisəni əsəbiləşdirdilər: "Çox ayıb..."

Hadisəni əsəbiləşdirdilər: "Çox ayıb..."
Hadisəni əsəbiləşdirdilər: "Çox ayıb..." Müğənni Hadisə son zamanlar haqqında yazılan "formasını qoruya bilmədi, kökəldi" xəbərlərinə etiraz edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda "O ses Çocuklar" proqramıyla ekranlarda olan ifaçı yazılanlar haqda bunları deyib:

"Çəkimin tez-tez gündəmə gətirilməsi məni çox incidir. Bəsdir artıq, çox ayıb! Bu mənada mənə qarşı təzyiq edirlər. Bədənim mənə aiddir, heç kimə bu haqda danışmaq düşməz. Güzgüyə baxanda özümü yaxşı hiss edirəmsə, bu, mənə yetərlidir".