» » 1 Aprel zarafatı reallaşdı, boşandılar...

1 Aprel zarafatı reallaşdı, boşandılar...

1 Aprel zarafatı reallaşdı, boşandılar...
1 Aprel zarafatı reallaşdı, boşandılar...

Model Tuğba Özay "Survivor"dan qayıtdıqdan sonra "Renkli sayfalar" proqramında da qonaq olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 38 yaşlı model bitən evliliyini canlı yayımda danışıb:

"Həyat yoldaşım ilə evliliyimiz "Survior"a getmədən öncə rəsmi olaraq bitdi. Ərimlə telefonda danışdıq, çox gözəl şeylər dedi. Onun da həyatında biri var... 8 illik münasibətimizin ilk 4 ili çox gözəl idi. O, evcanlı, gözəl qəlbli, düzgün, keyfiyyətli adam idi. Hər şeydən vaz keçməyimi istəyirdi. Adam əvvəl qəbul edir, amma fikirləşirsən ki, 22 ildir bu sahədəyəm, heyfdir.

Aprelin 1-də ona zarafatla mesal yazdım ki, "boşanmaq istəyirəm". Dərhal zəng vurub "bu, nə deməkdir" soruşdu. "1 aprel zarafatı etdim" dedim... Amma bir ay sonra real boşanmaq haqda müzakirə aparırdıq... O, mənə iki il əvvəl də demişdi ki, "uşaq istəyirəm, sənsə işini sevirsən". Bundan sonra davam etmişdim. Amma bu ilin yanvarında boşandıq".

1 Aprel zarafatı reallaşdı, boşandılar...