» » Dünya ulduzu “Evrovision” səhnəsinə çıxacaq

Dünya ulduzu “Evrovision” səhnəsinə çıxacaq

Dünya ulduzu “Evrovision” səhnəsinə çıxacaq
Dünya ulduzu “Evrovision” səhnəsinə çıxacaq

Məşhur müğənni Justin Timberlake yeni mahnısı “Can't Stop The Feeling”in təqdimatı üçün “Eurovision” finalında çıxış edəcək.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Eurovision tarixində bu il bir ilk yaşanacaq. ABŞ-da ilk dəfə canlı yayımlanacaq “Evrovision”da məşhur müğənni Justin Timberlake səhnəyə çıxacaq. Bu barədə açıqlama verən təşkilatçı Sven Stojanovic, "Eurovision tarixində ilk dəfə bir dünya ulduzu yeni mahnısını təqdim etmək üçün səhnədə olacaq. Bu, həqiqətən, Eurovision üçün çox həyəcanvericidir" deyib.

Xatırladaq ki, Avropa Yayım Birliyi Amerika ilə birgə Çin, Qazaxıstan, Kosovo, Yeni Zelandiya və Portuqaliyanın da yarışmanı canlı yayımlayacağını bildirib.