» » Stilistlər Səmranın geyiminin Kardaşyana bənzədilməsinə etiraz etdilər

Stilistlər Səmranın geyiminin Kardaşyana bənzədilməsinə etiraz etdilər

Stilistlər Səmranın geyiminin Kardaşyana bənzədilməsinə etiraz etdilər
Stilistlər Səmranın geyiminin Kardaşyana bənzədilməsinə etiraz etdilər

“Eurovision-2016” mahnı müsabiqəsinin rəsmi açılış mərasimində iştirak edən Azərbaycan təmsilçisi Səmra Rəhimli yaşıl, sinə dekolteli libası ilə diqqətləri üzərinə çəkib. 23-cü sırada qırmızı xalçada görünən təmsilçimizin geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Səmranın geyiminin açıq-saçıq olduğunu bildirən şəbəkə istifadəçiləri onun erməni pornoulduzu Kim Kardaşyana bənzədiyini iddia ediblər.

Məlumat üçün bildirək ki, “Eurovision” təmsilçimizin geyimləri əcnəbi modelyerlər tərəfindən hazırlanır.

Müğənni Elnarə Xəlilova da sosial şəbəkədə təmsilçimizin açılış mərasimində çəkilən fotosunu paylaşaraq, onun geyiminə etiraz edib.

O, bildirib ki, Səmra səhnəyə hərbi formada çıxsa, daha doğru addım olar:

“Niyə Azərbaycan təmsilçisi “Eurovision”da hərbi geyimdə çıxış etmir? Niyə sətiraltı da olsa, mahnıda Qarabağa eyham vurmur? Niyə səsimizi bütün dünyaya duyurmuruq ki, 24 ildir, işğalçı dövlət tərəfindən dəfələrlə soyqırıma məruz qalmışıq. Bizim yerimizə Ermənistan olsaydı, Qarabağda ulu babalarının bir vaxtlar əkdiyi ərik ağacına həsr edilmiş və səhnələşdirilmiş performansları ilə bütün dünyaya öz qondarma “soyqırım”larını yedizdirmişdilər”.

Ucarliyiq.biz xəbər verir ki, Musavat.com Səmranın geyimi ilə bağlı iradları nəzərə alaraq stil məsləhətçiləri ilə əlaqə saxlayıb.

Şou-biznes nümayəndələrinin stil məsləhətçisi Elnarə Bəkirova bildirib ki, təmsilçimizin geyimi vulqar görüntü bəxş edirdi:

“Səmra öz vətənimizin balasıdır, onu tənqid etmək istəməzdim. Lakin o geyim qarşısında susa bilmərəm. Onun libası qırmızı xalça üçün deyil. Geyimi çox vulqar görünürdü, sinəsi və ayaqları tamamilə açıq qalmışdı. Qısa ətəklə sinəsi qapalı və ya uzun sinə dekolteli libasla açılış mərasiminə qatıla bilərdi. Səmrada ulduz şarmı yox idi. Beynəlxalq yarışmaya qatılan və ölkəsini təmsil edən şəxs geyiminə də diqqət etməlidir. Əvvəlki xanım iştirakçıların da geyimləri qapalı olmayıb. Lakin onlar şişirdilmiş dərəcədə bədənlərini açmayıblar”.

Stilist Samir Əliyev (Samiraldo) deyib ki, Azərbaycan təmsilçisi qərəzli şəkildə erməni realiti şou ulduzu Kim Kardaşyana bənzədilib:

“Səmranın libası gecə klubu üçündür, onunla qırmızı xalıya çıxmaq, açılış mərasiminə qatılmaq olmaz. Onunla işləyən stilistlər bilməlidir ki, mötəbər tədbirə o geyimlə qatılmazlar, uzun, göz oxşayan libas geyinməli idi. O, Azərbaycanı təmsil edir, bizim öz milli dəyərlərimiz var. Azərbaycan bayrağı əlində olan şəxs elə vulqar geyinməməlidir. Səmranın o libası geyinməsi təxribatdır, onu Kardaşyana bənzədiblər. O, 2008-2009-cu illərdə mükafatlandırma mərasiminin birinə geyinmişdi”.

Qeyd edək ki, “Eurovision-2016”-nın ilk yarımfinalı bu gün, ikinci yarımfinalı mayın 12-də, final isə mayın 14-də keçiriləcək.

Azərbaycan təmsilçisi ilk yarımfinalda 14-cü nömrə altında çıxış edəcək.