» » "Seksual görünmək istəmirəm" - (FOTO)

"Seksual görünmək istəmirəm" - (FOTO)

"Seksual görünmək istəmirəm" - (FOTO)
"Seksual görünmək istəmirəm" - fotolar Leonardo DiKaprio ilə "The Wolf of Wall Street" filminə çəkildikdən sonra məşhurlaşan aktrisa Marqot Robbi "Woman’s Day" jurnalına maraqlı açıqlamalar verib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 26 yaşlı aktrisa "standart olaraq seksual görünmək istəmirəm" deyib.

Avstraliyalı ulduz Hollivudda görünüşündən çox işi ilə məşhur olmaq istəyir:

"Filmdəki kişi obrazla münasibəti ilə deyil, öz güclü obrazı ilə seçilən qadını canlandırmaq istəyirəm. "The Wolf of Wall Street" və "Focus" kimi filmlər mənə ağıllı qadınları oynamaq üçün şans verdi".