» » Oya Aydoğanın həkimi 48 saat vaxt istədi

Oya Aydoğanın həkimi 48 saat vaxt istədi

Oya Aydoğanın həkimi 48 saat vaxt istədi
Oya Aydoğanın həkimi 48 saat vaxt istədi

Bir neçə gün öncə yediyi kartof qızartması zamanı boğazını zədələyərək xəstəxanaya yerləşdirilən və 12 saat açıq ürək əməliyyatı keçirən aktrisa Oya Aydoğandan yeni xəbər var.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın çəkilən beyin tomoqrafiyasında şiş təsbit edildiyi və bu səbəblə daha 48 saat yatızdırılacağı bəlli olub. Qan sızmasının dayandırıldığını, ancaq şiş səbəbindən həyatı təhlükəsinin davam etdiyini qeyd edən aktrisanın həkimi, "Oya Aydoğanın müalicəsi davam edir. Xəstəmizin vəziyyəti həqiqətən ciddidir. Beyindəki şişi həyatını təhlükəyə atır. 48 saat ərzində xəstənin parametrləri yaxşıya doğru getmişdi. Bu gün etdiyimiz tomoqrafiya sayəsində beyin şişinin ölçüsünü öyrəndik. Ən azından 48 saat ərzində xəstə yenidən yatızdırılaraq, lazımı müayinələr davam etdiriləcək. Bundan sonra onun haqqında qəti fikir söyləyə biləcəyik” – deyə bildirib.