» » Pınar Altuğ:" Boşanmırıq"

Pınar Altuğ:" Boşanmırıq"

Pınar Altuğ:" Boşanmırıq"
Pınar Altuğ:" Boşanmırıq"

Uzun müddətdir ekranlardan uzaq olan aktrisa Pınar Altuğ "Kanal D"də yayımlanan "Rengli Sayfalar" proqramında qonaq olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ictimaiyyətin onunla bağlı maraq etdiyi bəzi məqamlara toxunub və suallara cəsarətlə cavab verib:

"Fotoşəkillərimə fotoşop tətbiq edəcək qədər səbrli deyiləm. Sıxıntılı biriyəm. Yaşımı heç bir zaman gizlətməmişəm. Özümə yaxşı baxıram və yaşıma görə, yaxşı qaldığımı düşünürəm. Pul kisəm, əl kremim və mobil telefonum yanımdan heç əskik olmur. Makiyaj çantası daşımıram. Mənə "kilo aldın" deyəndə, "hə almışam, nə olsun" deyirəm. O zaman çox təəccüblənirlər. Yemək yeyən adamam, idman etməsəm mümkün deyil, kökələrəm. Özümü sevməməyə başladığım zamanlar, pəhrizimi saxlayıb, formaya girərəm. Hərdən özüm-özümə deyirəm ki, model olarkən yaxşı, amma indi niyə zəif olmaq məcburiyyətindəyəm? Mən model deyiləm. "Cocuklar duymasın"da Meltem obrazını canlandırarkən 5 kilo, ya 10 kilo artıq olsaydım nə olardı?

"Boşanmırsız?" bu sualı çox verirlər. Cavabım budur, boşanmırıq. Həyat yoldaşım sosial media ilə əlaqəsi olmayan, maqazin xəbərlərini izləməyən bir adamdır. Onun şirkətinin sosial media hesablarına da mən nəzarət edirəm. Evlilik müqaviləsi bağlamadıq. Aramızda 9 yaş fərq var. Heç vaxt gizlətməmişik bunu, hamıya bəlli etmişik".