» » Coli və Pittin etdikləri hər kəsi kövrəltdi - (FOTO)

Coli və Pittin etdikləri hər kəsi kövrəltdi - (FOTO)

Coli və Pittin etdikləri hər kəsi kövrəltdi - (FOTO)
Coli və Pittin etdikləri hər kəsi kövrəltdi - fotolar

Üç bioloji, üç övladlıq uşağı olan aktrisa Ancelina Coli bu dəfə də yoxsul bir ailənin uşaqlarını himayəsinə götürərək həyatlarını dəyişib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, o, bunu tək deyil, həyat yoldaşı Bred Pitt və uşaqları ilə birgə edib. Hər şey Colinin Kambocada çrejissorluq etdiyi "First They Killed My Father" filminin çəkilişlərində başlayıb. Aktrisanın uşaqları orada turistlərdən pul dilənən 16 yaşlı Leyda Şounla qarşılaşıb. L.Şoun və 12 qardaş-bacısı Coli-Pitt ailəsinə yaxınlaşaraq pul istəyiblər.

B.Pitt də həmin uşaqlara dondurma alıb, lakin hər şey bununla bitməyib. Cütlüyün övladları Şiloh və Zahara Kambocada olduğu müddətdə onlarla dost olub, onlara yemək, geyim və oyuncaq verib. Ulduzların təşəbbüsü ilə maddi imkanlarına görə təhsil almayan uşaqlar şəhərin ən yaxşı məktəblərindən birinə getməyə başlayıblar.

İndi təhsil alan uşaqların dilənmək məcburiyyətləri də qalmayıb. 12 uşaqlı yoxsul Şoun ailəsini tanıyan bir kamboçalı "məktəbə gedə bilmək uşaqların başına gələn ən gözəl şeydir, bu, onların gələcək ümidi oldu" deyib.

Bu hadisə sosial mediada yayıldıqdan sonra hər kəs ulduz cütlüyün comərdliyinə növbəti dəfə heyran qalıb, insanlar xəbəri oxuyarkən kövrəldiklərini yazıblar.