» » Müğənni 8 aylıq oğlunu göstərdi: "Recep İvedik"ə oxşayır"

Müğənni 8 aylıq oğlunu göstərdi: "Recep İvedik"ə oxşayır"

Müğənni 8 aylıq oğlunu göstərdi: "Recep İvedik"ə oxşayır"
Müğənni 8 aylıq oğlunu göstərdi: "Recep İvedik"ə oxşayır"

Müğənni Petek Dinçöz ana olduqdan sonra bir müddət səhnəyə ara vermişdi.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, yaxında həm aparıcı kimi, həm də müğənni kimi səhnələrə sönməyə hazırlaşan ifaçı "Paşam" deyə müraciət etdiyi oğlunu jurnalistlərə göstərib:

"Evləndikdən sonra hər kəs səhnəni tərk etdiyimi düşünüb. Amma belə şey yoxdur. Oğlumla həyat yoldaşım da məni izləməyə gələcək. Oğlum nə istəsə, onu oxuyacağam. Mənim üçün dünyadakı iki ən önəmli kişi onlardır".

Hamilə olduğu zaman 85 kiloqram olan, daha sonra 27 kiloqram arıqlayan Petek köməkçisinin ona evdə çox yardım etdiyini deyib:

"Hazırda 58 kiloqramam. Evdə köməyim var. 3-4 uşağı olan analarımız necə bacarıb? Möcüzədir. Çox istəyirəm bir qardaşı ya bacısı da olsun..."

O, hamilə vaxtı "Recep İvedik"ə çox baxdığı üçün oğlunun filmin qəhrəmanına bənzədiyini gülərək deyib:

"Problemli hamiləlik keçirdim. Evdə istirahət etməliydim. Çoxlu komediya filmi izlədik. Böyüklərimiz "nə izləsən, kimə baxsan, uşaq ona oxşayacaq" dedi. Körpə ilk təpik atanda "Recep İvedik"ə baxırdıq. Bu da nəticəsi. Qaşlara baxın".

Müğənni 8 aylıq oğlunu göstərdi: "Recep İvedik"ə oxşayır"

Müğənni 8 aylıq oğlunu göstərdi: "Recep İvedik"ə oxşayır"