» » Oya Aydoğanın səhətti ilə bağlı üzücü xəbər

Oya Aydoğanın səhətti ilə bağlı üzücü xəbər

Oya Aydoğanın səhətti ilə bağlı üzücü xəbər
Oya Aydoğanın səhətti ilə bağlı üzücü xəbər

Bir neçə gün öncə aorta damarı cırılan türkiyəli aktrisa Oya Aydoğan reanimasiyada yatırılarkən, xəstəxanadan səhhəti ilə bağlı son məlumat bildirilib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa haqqında həkimi "Həyatı təhlükəsi davam edir" deyə, təəssüflə bildirib.

Xatırladaq ki, Oya Aydoğanın beyin tomoqrafiyası çəkilən zaman, şiş aşkar edilmişdi. Xəstəxanadan verilən son açıqlamada, şişin aparılan müalicəyə cavab vermədiyi qeyd olunub.

Həkimi bu gün jurnalistlərin suallarını cavablandırarkən bunları qeyd edib:

"Sağlamlıq vəziyyəti ciddiliyini qorumaqdadır, həyatı təhlükəsi davam edir. Yeni çəkilən beyin tomoqrafiyasının nəticəsi, şişin aparılan müalicəyə cavab vermədiyini göstərir. Bütün gücümüzlə lazımi müalicələri həyata keçiririk".

Qeyd edək ki, 6 gündür müalicəsi davam edən Aydoğanın çərşənbə günü oyandırılması gözlənilirdi. Lakin müayinələrin nəticəsi buna imkan verməyib.