» » Fanatlar "Mesut komser"i ziyarətə gedir - foto

Fanatlar "Mesut komser"i ziyarətə gedir - foto

Fanatlar "Mesut komser"i ziyarətə gedir - foto
Fanatlar "Mesut komser"i ziyarətə gedir - foto

10 ildən çoxdur davam edən "Arka sokaklar" son həftələr sosial medianın ən çox danışılan serialı olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə həftə əvvəl ekran işində əsas qəhrəmanlardan biri olan "Hüsnü Çobanın" güllələnməsi və ölüm-dirim savaşı verməsi fanatlar tərəfindən qeyri-adi qarşılanmışdı. Onlar sosial şəbəkələrdə "Cənazə namazı" yığıncağı təşkil edərək istifadəçiləri "dəfnə getməyə" dəvət edirdilər.

Bu dəfə isə digər əsas qəhrəman "Mesut komser"in həbsə girməsi fanatları yenidən ayağa qaldırıb. Onlar "Mesutu həbsxanda ziyarətə gedirik" adı altında minlərlə istifadəçini bir araya toplayıblar.

Fanatlar "Mesut komser"i ziyarətə gedir - foto