» » 10 illik ailə həyatı bitdi...

10 illik ailə həyatı bitdi...

10 illik ailə həyatı bitdi...
10 illik ailə həyatı bitdi...

Hollivudda növbəti məşhur bir cütlük boşanıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 10 ildir evli olan 37 yaşlı aktyor Ceyms MakEvoy və 45 yaşlı aktrisa Enn-Mari Daff ayrıldıqlarını rəsmən elan ediblər. Cütlüyün birgə verdiyi açıqlamada deyilir:

"Böyük təəssüflə deməliyik ki, biz ayrılmaq qərarına gəldik. Ancaq bundan sonra dostluğumuzu, bir-birimizə olan dərin hörmətimizi saxlayacaq, oğlumuzu qayğısına birlikdə qalmaq üçün cəhdlərimizi əsirgəməyəcəyik.

Bu qərarımıza hörmətlə yanaşmanızı, xüsusilə də, valideynlərinin boşanmasına görə çətin dövr yaşayan oğlumuzun şəxsi həyatına toxunmamağınızı xahiş edirik".

Xatırladaq ki, cütlük "Utanmaz" ("Shameless") serialının Böyük Britaniya versiyasının çəkilişlərində tanış olub. 2006-cı ildə ailə quran ulduz ikilinin 2010-cu ildə Brendan adlı oğulları dünyaya gəlib.

10 illik ailə həyatı bitdi...