» » Bəyaz Türkiyədən getdi

Bəyaz Türkiyədən getdi

Bəyaz Türkiyədən getdi
Bəyaz Türkiyədən getdi

Son dövrlər proqramında baş verən hadisələrə görə tənqid hədəfi olan aparıcı Bəyazit Öztürk (Bəyaz) Türkiyədən köçüb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, İspaniyanın Barselona şəhərinə köçən aparıcı dalbadal yaşadığı şanssızlıqlardan dolayı ağır günlər keçirir.

Bəyaz sadəcə "Beyaz Show"nun çəkilişləri üçün gəlir, canlı yayımdan dərhal sonra isə Barselonaya qayıdır. O, bu səbəbdən digər tədbirlərdə görünmür, paparassilərlə də rastlaşmır.

Yay tətilini də orada keçirtmək fikri olan aparıcının yeni mövsümdə ekranlarda olub olmayacağı barədə qərar verəcək.

Qeyd edək ki, bir müddət əvvəl "Beyaz Show"da "Ayşə müəllimə" adlı qadın zəng vuraraq Türkiyənin cənub-şərqində baş verənlərinə diqqət çəkmək istəmiş, lakin onun bu hərəkəti PKK terror təşkilatının təbliğatı kimi qiymətləndirilmişdi. Buna görə efirində iki dəfə qalmaqal yaşanan Bəyazit xalq qarşısına çıxaraq üzr də istəmişdi.