» » "Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil

"Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil

"Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil
"Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil

Şou aləmindən bir çox tanınmış sosial media hesablarından dünən Cunda adasında evlənən aktyor Kenan İmirzalıoğlu ilə aktrisa Sinem Kobalın toyu ilə bağlı təəssuratlarını bölüşüb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Seren Serengil yazdığı şərh ilə diqqət çəkib. Sinem Kobalın evliliyinə qədər olan prosesi özünə görə şərh edən müğənni Kenan İmirzalıoğlu tərəfdarı olaraq Arda Turana ismarış göndərmiş olub:

"Gözəl Sinem. Onu tanımıram. Amma vaxt var idi onun üçün çox kədərlənmişdim. İllərini verdiyi bir insandan ayrılmaq məcburiyyətində qalmışdı. Haqqında - ailəsi istəmədi, nikah tarixi təxirə salındı kimi xəbərlər yayılmışdı. Bu gün Kenanla evlənəcəyi xəbərinə görə bu qədər sevinəcəyimi bilsəydim kədərlənməzdim. Haqsızlıq edilmişdi deyə heç tanımadan onun tərəfində olmuşdum. Bu gün gördüyüm mənzərə mənə "dünən olmadığı üçün üzüldüyün şeyə, gün gələcək şükr edəcəksən" sözlərini xatırlatdı. Səni sevən bir adamın əlindən tutması və sahib çıxması fərqlidir. Onun gözləri də, qulaqları da ən yaxınlarına, lazım gələrsə ailəsinə belə pis olan bütün sözlər üçün qapalıdır. Çünki o artıq yalnız ürəyi ilə görür. Mən bu şəkillərdə adam kimi sevən bir adamı gördüm. Gəldim, sevdim, aldım deyən birini".

"Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil