» » Oya Aydoğanın təəccübləndirən sərvəti

Oya Aydoğanın təəccübləndirən sərvəti

Oya Aydoğanın təəccübləndirən sərvəti
Oya Aydoğanın təəccübləndirən sərvəti Ölümü ilə sənət camiəsini yasa boğan türkiyəli aktrisa Oya Aydoğanın “Yeşilcam”dan qazandığı pulların antik əşyalara yatırdığı ortaya çıxıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir zamanlar türk ekranlarının axtarılan adlar ından olan Oya Aydoğan ölümündən bir neçə gün əvvəl oynadığı filmlərdən qazandığı pullar haqqında danışıb. Bəlli olub ki, aktrisa Ulusdakı evini və saysız-hesabsız antik əşyaları məhz filmlərdən qazandığı pullarla alıb.

Xatırladaq ki, O.Aydoğan ötən həftə aorta damarının cırılması səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Müayinə zamanı onun başında şiş aşkar olunmuşdu. Həkimlərin səyinə baxmayaraq, aktrisa ötən gün dünyasını dəyişib.

Sənətçinin oğlu Qurur anasının vəsiyyətini yerinə yetirərək, sənətçinin Ulus Məzarlığında dəfn olunacağını bildirib.