» » Hicabsız foto paylaşan modellər həbs olundu - foto

Hicabsız foto paylaşan modellər həbs olundu - foto

Hicabsız foto paylaşan modellər həbs olundu - foto
Hicabsız foto paylaşan modellər həbs olundu - foto İran dövlət televiziyası başda İnstagram olmaqla, digər sosial şəbəkələrdə reklamla məşğul olan 8 nəfər modelin həbs olunduğu barədə xəbər yayıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Tehran Siber Cinayət Məhkəməsinin sədri dövlət televiziyasına açıqlamasında bildirib ki, 8 nəfər şəxs "Hörümçək II" adlı iki ildir davam edən gizli əməliyyatın nəticəsində həbs olunub.

Əməliyyat zamanı 59 nəfər fotoqraf və makiyaj ustası, 58 model, 51 dizayner olmaq üzrə 170 nəfər istintaqa cəlb edilib.

Məhkəmə sədri Cevat Babaeyi, fotoların 20 faizinin reklam agentliyi və fərdi şəxslər tərəfindən paylaşıldığını bəyan edib. Ən məşhur modelin bu paylaşmadan ayda 3 min dollar qazandığı bəlli olub.

Qeyd edək ki, 1979-cu il İslam inqilabından bu yana İranda qadınlara hicab məcburidir.

Hicabsız foto paylaşan modellər həbs olundu - foto

Hicabsız foto paylaşan modellər həbs olundu - foto