» » Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto

Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto

Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto
Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto Dünyaca məşhur Britni Spirs həyat yoldaşı Kevin Federlayınla övladı üçün bir araya gəlib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, cütlük ötən gün övladlarının Los-Ancelisdə keçirilən futbol oyununu izləməyə birlikdə gedib. Əhval-ruhiyyəli görünən Britni və Kevin zarafatları və səmimi söhbətləri ilə diqqət çəkib. Halbuki, boşanma ərəfəsində, aralarında yaranan mübahisələrə görə, onların adları tez-tez mətbuatda hallanırdı.

Cütlüyün bunu övladları üçün etdiyi bəlli olub. Britni keçmiş həyat yoldaşının qulağına pıçıldayarkən belə, səmimiyyəti diqqətdən qaçmayıb.

Qeyd edək ki, 2004-cü ilin oktyabrında evlənən cütlük 3 ildən sonra ayrılıb. Cütlüyün boşanma mərhələsi çətin olduğu üçün, Britni hətta psixoloji problemlər yaşayaraq, müalicə alırdı.

Kevin və Britninin Şon və Ceyden adlı iki oğlu var.

Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto

Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto

Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto