» » Erdoğan telefonda Camaləyə nə deyib?

Erdoğan telefonda Camaləyə nə deyib?

Erdoğan telefonda Camaləyə nə deyib?
Erdoğan telefonda Camaləyə nə deyib? “Evrovision-2016” mahnı müsabiqəsinin qalibi tatar əsilli ukraynalı Camalə (Jamala) Türkiyə Prezidenti Erdoğanın ona zəng çalaraq təbrik edərək ölkəsinə dəvət etdiyini açıqlayıb.

Ucarliyiq.biz xəbər verir ki, “Habertürk”ün suallarını cavablandıran Camalə Erdoğan ilə aralarında keçən söhbətdən danışıb.

Ailəsinin Ukraynada yaşadığını və prezidentə ailəsi haqqında danışdığını bildirən Camalə, Erdoğanın "Ukraynada hər hansı bir çətinliklə qarşılaşsan, Türkiyə olaraq, yardım etməyə hazırıq" - deyərək, onu Türkiyəyə dəvət etdiyini qeyd edib.

O, ilk fürsətdə Türkiyəyə gələcəyini prezidentə bildirib. Türkiyəli müğənnilərdən təklif gələrsə, onlarla işləmək istədiyini söyləyən Camalə, "Türkiyədə konsert vermək və oradakı tatarlara mahnı ifa etmək istəyirəm. Onların hekayələrini dinləməkdən xoşbəxtlik duyaram", - deyə bildirib.