» » Ölümündən sonra sirri ortaya çıxdı

Ölümündən sonra sirri ortaya çıxdı

Ölümündən sonra sirri ortaya çıxdı
Ölümündən sonra sirri ortaya çıxdı İki gün öncə 59 yaşında dünyasını dəyişən məşhur aktrisa Oya Aydoğanın ölümü sənət aləmini yasa boğub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın ölümündən sonra hər kəsdən gizli saxladığı sirri ortaya çıxıb.

Belə ki, "Söylemezsen Olmaz" verilişinin bu günkü buraxılışı aktrisanın həyat və yaradıcılığına həsr edilib.

“Sesi Çok Güzel” mahnı müsabiqəsinə qatılıb, məşhurlaşandan sonra Diyarbakırdakı evində silahlı hücuma məruz qalan Mutlu Kaya proqramın canlı efirinə qoşularaq maraqlı açıqlama verib.

Silahlı hücumdan sonra Oya Aydoğanın hamıdan gizli ona kömək etdiyini və bunun açıqlanmasını istəmədiyini bildirib:

"Oya xanımın ölüm xəbərini eşidəndə şoka düşdüm. Mənə çox kömək edib. O, onsuz da bir mələk idi".

Aktrisanın ölümündən təsirləndiyini bildirən Mutlu Kaya, üç gündür göz yaşı axıtdığını qeyd edib.