» » Fahriye Evcen tənqid atəşinə tutuldu

Fahriye Evcen tənqid atəşinə tutuldu

Fahriye Evcen tənqid atəşinə tutuldu
Fahriye Evcen tənqid atəşinə tutuldu

Türkiyəli aktrisa Fahriye Evcen sosial mediada tənqid atəşinə tutulub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Oya Aydoğan ölüm ayağında olarkən, Fahriye bir dəfə də olsun, xəstəxanada ona baş çəkməyib.

Halbuki, gənc aktrisanın məşhurlaşmağında O.Aydoğanın böyük əməyi olub. Bu barədə rejissor Umit Efekan bu gün qatıldığı "Elifnağme" proqramında danışıb:

"2006-cı ildə "Hasret" adlı serialın çəkilişinə başlayırdım. Baş rolu Fatma Girikin oynadığı seriala Oyanın xahişi ilə Fahriyeni də dəvət etdim.

Halbuki, F.Evceni o zamana qədər heç kim tanımırdı. Oya xahiş etməsəydi, rolu Fahriyeye əsla verməyəcəkdim. Bu serialdan sonra Evcen tanınmağa başladı. Amma Fahriye bir dəfə də olsun xəstəxanada ona baş çəkmədi".

Rejissorun bu açıqlamasından sonra sosial şəbəkələrdə Fahriye tənqid atəşinə tutulub. Böyük bir kütlə onu O.Aydoğana hörmətsizlik etməkdə qınayıb.