» » Müğənnidən əlil oğlu ilə bağlı etiraf

Müğənnidən əlil oğlu ilə bağlı etiraf

Müğənnidən əlil oğlu ilə bağlı etiraf
Müğənnidən əlil oğlu ilə bağlı etiraf Gənc yaşda ana olan ingilis müğənni Keti Priket anadangəlmə görmə qüsuru olan oğlundan danışıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, "Loose Women" adlı verlişdə qonaq olan aktrisa 3 dəfə abort etdirməkdən imtina etdiyini deyib:

"Sevgilimdən ayrılmışdım. O vaxt hamilə olduğumu bilmirdim. Xəbərdar olandan sonra bir neçə dəfə aborta getmək istədim. Amma bunu etmədim".

Harveyə hamilə qalanda 23 yaşının olduğunu deyən 37 yaşlı Keti övladını karyerasına qurban verməyi əsla düşünməyib.

"O zaman fərqli dünya görüşüm var idi. Gənc idim. Artıq sevgilim yox idi. Karyeramın nə olacağını bilmirdim. Amma ana olmaqdan vaz keçmədim" – deyə, aktrisa bildirib.

Qeyd edək ki, aktrisanın futbolçu Dvayt Yorka ilə münasibətindən dünyaya gələn oğlu Harvey görmə əngəllidir. Keti Priketin 2 uşağı daha var.

Müğənnidən əlil oğlu ilə bağlı etiraf