» » Ronaldodan Türkiyəyə gözlənilməz mesaj

Ronaldodan Türkiyəyə gözlənilməz mesaj

Ronaldodan Türkiyəyə gözlənilməz mesaj
Ronaldodan Türkiyəyə gözlənilməz mesaj

"Real Madrid"in məşhur ulduzu Kriştiano Ronaldo Türkiyədəki terror olaylarına səssiz qalmayıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, bir çox sosial layihələrə imza atan futbolçu meneceri Jorge Mendez vasitəsi ilə Türkiyəyə mesaj göndərib. Türk müxbirin suallarını cavablandıran Mendez Ronaldonun adından danışıb:

"Sosial mediada bir şey yazmadı deyə, düşünülməsin ki, baş verənlər barədə xəbərsizdir. Sadəcə çoxlu təqibçisi olduğu üçün paylaşımlarını bu mənada az edir. Çünki çox sayda paylaşım istəyi gəlir və çatdırmaq mümkün deyil. Həm də "Real Madrid" Ronaldonun sosial şəbəkə profillərini alıb, artıq hər mesaj klub tərəfindən təsdiq olunmalıdır.

Ancaq Ronaldo türkləri və Türkiyəni çox sevdiyini deyir. Sizlərlə eyni hissləri yaşayırıq və kədərinizi paylaşırıq".