» » Castin Biberə bu ölkəyə getmək qadağan olundu

Castin Biberə bu ölkəyə getmək qadağan olundu

Castin Biberə bu ölkəyə getmək qadağan olundu
Castin Biberə bu ölkəyə getmək qadağan olundu

Kanadalı pop müğənni Castin Biber, barəsində aparılan istintaq səbəbiylə, mart ayında başladığı dünya turnesi çərçivəsində Argentinaya gəlməyəcəyini bildirib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Twitterdəki hesabından açıqlama edən Biber, turne çərçivəsində Argentinaya gəlməyi çox istəməsinə baxmayaraq, vəkilləri bu ölkədə konsert verməsinin mümkün olmayacağını bildirdirib.

Müğənni, "Əgər vəziyyət dəyişsəydi, gəlməyi çox istərdim. Ancaq bu dəfə gəlməyəcəyəm", - deyə bildirib.

Xatırladaq ki, məşhur müğənni iki mühafizəçisinin 2013-cü ildə Boinas Airesdəki bir gecə klubunun həyətində fotoqraf Dieqo Pesoaya hücum etməkdə günahlandırılıb. Ötən ilin iyulunda Argentina məhkəməsində Biber haqqında həbs iddiası qaldırılıb. Məhkəmə mənbələrindən alınan məlumata görə, Biberın hadisə haqqında ifadəsinin alınması üçün tarixin müəyyən olunmasını gözlənilirdi. Lakin
Cənubi Amerikadakı turnesi zamanı Argentina bayrağına səhnədə hörmətsizlik edib, yerə atan və bundan bir neçə gün sonra üzr istəyən müğənni polisə düşməklə, məsələni bir qədər də ciddiləşdirib.