» » Rafet El Roman boşanır? - foto

Rafet El Roman boşanır? - foto

Rafet El Roman boşanır? - foto
Rafet El Roman boşanır? - foto Türkiyəli müğənni Rafet El Romanın həyat yoldaşı Ceren El Roman ötən gün aktrisa Oya Aydoğanın dəfnində iştirak edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cerenin aktrisanın oğluna başsağlığı verərkən barmağında nişan üzüyünün olmaması və əllərini gizlətməsi diqqət çəkib.

Rafet El Romanın "Xoşbəxtəm" açıqlamasından sonra Cerenin üzüyünü çıxarması təəccüb doğurub.

Xatırladaq ki, cütlüyün ayrı yaşadığı və boşanacaqları xəbəri yayılmışdı. Barmağında üzüyü olmayan Ceren bu hərəkəti ilə insanları şaiyələrə inandırıb.

Qeyd edək ki, 46 yaşlı Rafet El Romanla 26 yaşlı Ceren Kaplakarslan iki il əvvəl evlənib. Bu evliliyə qədər 2 qızı, 1 oğlu olan müğənninin yenidən uşaq istəməməsi ailədə problem yaradıb.

Rafet El Roman boşanır? - foto

Rafet El Roman boşanır? - foto