» » Gülben Ergenden təhdidlərə cavab

Gülben Ergenden təhdidlərə cavab

Gülben Ergenden təhdidlərə cavab
Gülben Ergenden təhdidlərə cavab

Adı tikdirdiyi məktəblərlə xeyiryyəçi kimi hallanan türkiyəli müğənni Gülben Ergen bu dəfə əsgərləri unutmayıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Nusaybinə yola düşərək, terror əməliyyatlarına cəlb olunan əsgərlərlə görüşüb. Onlara ruh yüksəkliyi verən G.Ergen eyni zamanda yeməklərinə də qonaq olub.

Ziyarəti başa çatandan sonra bəzi təbəqələrdən təhdid aldığını deyən sənətçi cavabını twitter səhifəsindən verib:

"Nusaybinə səfərimlə bağlı müsahibəmə reaksiya verib, təhqir və təhdidlər yağdıran dostlar! Mən ölkəmə 34-cü məktəbimi açıb, təslim etməklə məşğulam. Bəs siz?".