» » Meryem Uzerli ailə həyatı qurur?

Meryem Uzerli ailə həyatı qurur?

Meryem Uzerli ailə həyatı qurur?
Meryem Uzerli ailə həyatı qurur?

İş adamı Alp Özcanla eşq yaşayan aktrisa Meryem Uzerlinin ailə həyatı quracağı barədə dedi-qodular yayılmağa başlayıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun zaman birlikdə olduğu Can Ateş tərəfindən hamilə olduğu dövrdə tərk edilən aktrisanın sağlamlığında problemlər yaranmışdı.

"Mühteşem Yüzyıl" serialından xəstəliyini bəhanə edərək ayrılan Meryem Almaniyaya qayıdıb və körpəsini orada dünyaya gətirməyə qərar verir.

3 il sonra "Gecenin kraliçesi" seriyalı üçün Türkiyəyə geri qayıdan aktrisa ekran həyatında əvvəlki uğuruna qayıda bilmədi. Bu zaman iş adamı Alp Özcanla tanış olan Uzerlinin üzü məhəbbətdə güldü. Bir müddətdir birlikdə olan cütlüyün münasibətinin evliliyə doğru getdiyi söylənilir.

Ötən həftə rol aldığı "Anamın Yaras"ı filminin Kann Film Festivalında nümayişi üçün Fransaya gedən aktrisanı azyaşlı qızı Lara və sevgilisi tək buraxmayıb. Məryəm qısa işgüzar səfərini daha sonra tətilə çevirərək, zamanını qızı və sevgilisi ilə birlikdə keçirib.

Meryem Uzerli ailə həyatı qurur?