» » Çimərlik geyimində görünmək istəmirəm

Çimərlik geyimində görünmək istəmirəm

Çimərlik geyimində görünmək istəmirəm
Çimərlik geyimində görünmək istəmirəm Aktrisa Begüm Kütük modelyer Gökay Gündoğdunun təşkil etdiyi dəfilədə iştirak edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər həyat yoldaşı Erdil Yaşaroğlu ilə ayrılacağı barədə xəbərlərlə gündəmə gələn aktrisa, tədbirlərə tək qatılır. Ondan həyat yoldaşını xəbər alanda, “indi idmandadır, birazdan gələcək” deyərək, ayrılıq xəbərinin şişirdilməsinə imkan vermir.

Qatıldığı tədbirdə fotoqraflara poz verən aktrisa libasının Gökay Gündoğduya məxsus olduğunu vurğulayıb.

Yaxın günlərdə istirahətə yollanmağa hazırlaşan B.Kütük çimərlik geyimində kameralara düşməkdən çəkindiyini etiraf edib:

"Qorxum yoxdur. Sadəcə kənarda, müxtəlif pozlarla çəkilən fotoları cəmiyyət müzakirəyə çevirir. Bu cür mövzularda adımın hallanmasını istəmirəm”.