» » Müğənniliyə başlayan aktrisa səs tellərini əməliyyat etdirdi

Müğənniliyə başlayan aktrisa səs tellərini əməliyyat etdirdi

Müğənniliyə başlayan aktrisa səs tellərini əməliyyat etdirdi
Müğənniliyə başlayan aktrisa səs tellərini əməliyyat etdirdi Karyerasına “Çox gözəl hərəkətlər bunlar” şousu ilə başlayan aktrisa Büşra Pekin bundan sonra müğənnilik edəcək.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa artıq musiqi dərsləri də almağa başlayıb. Adətən yumor dolu layihələrdə yer alan Büşranın bu addımına sevgilisi, məşhur bəstəkar Ersay Ünerin də təsiri olub. Ersay aktrisaya müğənnilik etməsi üçün hər cür dəstəyi göstərir.

Qeyd edək ki, eyni villada yaşayan cütlük evin birinci mərtəbəsini artıq studiyaya da çevririb. Büşra hətta səs tellərini əməliyyat da etdirib.