» » Şayiələr doğru çıxdı: Boşanırlar...

Şayiələr doğru çıxdı: Boşanırlar...

Şayiələr doğru çıxdı: Boşanırlar...
Şayiələr doğru çıxdı: Boşanırlar... Son günlər müğənni Rafet el Roman və həyat yoldaşı Cerenin ayrılması haqda yayılan şayiələr doğru çıxıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ildə nikah masasına oturan cütlük boşanmağa hazırlaşır.

Ceren son aylarda Rafetin ilk həyat yoldaşından olan qızları Su Elnur və Şevvalla anlaşılmazlıqlar yaşayır. İfaçının xanımının qızlarla yanaşı qayınanası və baldızları ilə də yola gedə bilmədiyi məlum olub.

Digər tərəfdən o, Almaniyadakı yeni həyatına da öyrəşə bilməyib. Həyat yoldaşını orada tərk edən C.Kaplakarslan Türkiyəyə dönüb. İki aydır görüşməyən cütlüyün boşanma ehtimalı yüksəkdir. Lakin ailənin yaxınları "vəziyyət nə qədər gərgin olsa da, hər an barışa bilərlər" deyirlər.