» » Bensu Soraldan "Kösəm Sultan" açıqlaması

Bensu Soraldan "Kösəm Sultan" açıqlaması

Bensu Soraldan "Kösəm Sultan" açıqlaması
Bensu Soraldan "Kösəm Sultan" açıqlaması Hazırda “Tatlı küçük yalancılar” serialında rol alan aktrisa Bensu Soralın “Kösəm Sultan”da çəkiləcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun müddətdir ekran işində rol alacağı ilə bağlı danışmayan aktrisa bu gün açıqlama verib. Bensu meneceri vasitəsilə iddiaların doğru olmadığını bildirib:

“Kösem Sultan”ın seçim çəkilişləri başlayandan bəri Bensu Soralın serialda rol alacağı ilə bağlı yayılan xəbərlər əsassızdır. Bensu Soral hazırda “Star”da yayımlanan “Tatlı küçük yalancılar” serialında baş rolda çəkilir. Ekran işi bitdikdən sonra Soral bir müddət yaradıcılığına fasilə verəcək”.

Qeyd edək ki, “Kösəm Sultan”da baş rolda Beren Saat, Tuba Büyüküstün, Məryəm Üzərli və Sibel Kekillinin adları çəkilsə də, prodüser Timur Avcı Kösəm roluna Beren Saatı seçib.