» » Aktrisa milyonçu sevgilisiylə toya hazırlaşır

Aktrisa milyonçu sevgilisiylə toya hazırlaşır

Aktrisa milyonçu sevgilisiylə toya hazırlaşır
Aktrisa milyonçu sevgilisiylə toya hazırlaşır “Qızıl Kürə” mükafatçısı, 41 yaşlı aktrisa Eva Longoria ailə həyatı qurur.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin dekabrnda nişanlandıqlarını elan edən aktrisa və 47 yaşlı iş adamı Jose Antonio həftə sonu Meksikada gizli bir mərasimlə nikaha daxil olmağa hazırlaşırlar.

Longoria ispaniyalı bir ulduzun xarakterini canlandırdığı filminin çəkilişlərindən qalan vaxtını evlilik hazırlıqlarına həsr edib. Yaxın mənbələr aktrisanın təmtəraqlı evlilik mərasimi istədiyini bildirir. Detalları gizli saxlanılan toy mərasiminin dəniz sahilində baş tutacağı deyilir.


Bundan öncə aktyor Teyler Kristofer, daha sonra Toni Parkerlə ailə həyatı quran aktrisanın bu evliliklərinin ömrü uzun çəkməyib. O, bu dəfə çox aşiq olduğunu və ailə həyatının ömür boyu sürməsini istədiyini söyləyib.


Qeyd edək ki, Longoria və Antonio iki ildir birlikdə yaşayır. Milyonçu iş adamının əvvəlki evliliyindən üç uşağı var.