» » Nişanlısı aktrisanı döydü – polisə düşdü

Nişanlısı aktrisanı döydü – polisə düşdü

Nişanlısı aktrisanı döydü – polisə düşdü
Nişanlısı aktrisanı döydü – polisə düşdü Türkiyəli aktrisa Gülfer Sarıgül nişanlısı Erman Ertan tərəfindən döyüldüyünü iddia edərək, polisə şikayət edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq "Elif" serialında çəkilən aktrisa sevgilisi Erman Ertanla bir ay öncə nişanlanaraq, eyni evdə yaşamağa qərar verib. Lakin cütlük arasında mübahisələr başlayıb və aktrisa ayrılmaq qərarına gəlib. Sarıgül ayrı evə köçmək istədiyini bildirdikdə, nişanlısı qəzəblənib.

Aktrisa polisə şikayət edən zaman, nişanlısının onu bərk döydüyünü deyib:

"Ermana münasibəti bitirmək və onunla bir evdə yaşamaq istəmədiyimi dedim. Bu söhbətdən əsəbiləşdi və saçımdan tutaraq “hara gedirsən?” deyə, mənimlə kobud rəftar etdi. Məni döşəməyə çırpdı. Söyüş söydü. Boğazımdan tutub, boğmağa başladı. Qaçmaq istədim, amma bacara bilmədim. Başımı əvvəl mətbəx stoluna, yerə yıxılandan sonra isə soyuducuya vurdu. 3 min lirəyə aldığım telefonumu başımda parçaladı. Məni onun əlindən qonşularım qurtardı. Bir müddət sonra evə qayıdanda, qapının sındrıldığını və pul kisəmin oğurlandığını gördüm. Aldığım travmadan gözüm şişib, sinəmdə və alnımda göyərmələr var”.

Qeyd edək ki, aktrisanın şikayətindən sonra prokurorluqda məsələ ilə bağlı istintaq başlayıb.

Nişanlısı aktrisanı döydü – polisə düşdü