» » "Ən yaxşı aktyor" seçildi

"Ən yaxşı aktyor" seçildi

"Ən yaxşı aktyor" seçildi
"Ən yaxşı aktyor" seçildi Aktyor Engin Akyürek Beynəlxalq Seul Dram Mükafatları mərasimində 2015-ci ilin “Ən yaxşı aktyor”u seçilib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 ölkədən 212 məşhurun qatıldığı mükafatlandırma gecəsində aktyor finalda “Ən yaxşı aktyor” adını alan 6 finalçıdan biri olub.

O, çıxışı zamanı ölkəsində baş verən terror hadisələrinə də toxunub:

“Eyni dildə danışmasaq da, eyni hissləri paylaşmaq çox gözəldir. Bütün çəkiliş heyətinə və dəyərli ailəmə təşəkkür edirəm. Bu mükafatı aldığıma görə çox xoşbəxtəm, amma son vaxtlar ölkəmdə baş verən terror hadisələrindən dolayı dərin kədər içindəyəm. Təkcə öz ölkəmə yox, bütün dünyaya sülh arzulayıram”