» » Hazal iranlı fanatından şikayətçi oldu

Hazal iranlı fanatından şikayətçi oldu

Hazal iranlı fanatından şikayətçi oldu
Hazal iranlı fanatından şikayətçi oldu

Türkiyəli aktrisa Hazal Kayanın iran əsilli fanatı Yazdan Kərimi ilə başı dərddədir.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, fanatı 2015-ci ilin iyunundan aktrisanı yersiz hərəkətləri ilə narahat edib. Ötən gün H.Kaya prokurorluğa gedərək, həmin şəxsdən şikayətçi olub.

Yazdan Kəriminin bir ildir Hazal Kayaya aid Twitter hesabında narahat edici mesajlar yazdığı, iş yerinə, müxtəlif tarixlərdə üzərində "eşqim, həyat yoldaşım" şəklində qeydləri olan hədiyyələr göndərdiyi, ünvanını öyrənib evinə qədər gəldiyi şikayətdə əksini tapıb.

Eyni zamanda Yazdan öz adına açdığı Facebook hesabında aktrisanın fotoşəkillərini yerləşdirərək, "ya Hazalım, ya ölüm", "Hazalım indi maşınla qarşımdan keçdi, evə getdim amma kimsə yox idi, hədiyyəsini masaya qoydum, Hazal mənim tək nazlım, həyat yoldaşımdır" sözlərini yazıb.

Prokurorluqda şahidlik edən Hazalın anası Ayşegül Kaya bildirib ki, qızının fanatının bacısı ilə əlaqə saxladıqda, o, "Yazdan ilə Hazalı tanış etmək istəyirik" deyib.

Daha sonra prokurorluğa ifadə verən Yazdan Hazalın dəlicəsinə heyranı olduğunu etiraf edib. Bildirib ki, aktrisanın evinə özü deyil, ailə üzvləri gedib. Özünün ancaq iş yerinə getdiyini və evlənmək istədiyini sözünə əlavə edib.

Prokurorluq Yazdan Kərimi haqqında insanların əmin-amanlıq və sakitliyini pozması və təhdid etməsi səbəbilə cinayət işinin açılmasını və üç il, altı aya qədər həbs cəzasını, eyni zamanda vərəsəlik hüququndan məhrum edilməsini tələb edib.