» » Ayla Çelik Beyazla dostluğundan danışdı

Ayla Çelik Beyazla dostluğundan danışdı

Ayla Çelik Beyazla dostluğundan danışdı
Ayla Çelik Beyazla dostluğundan danışdı Türkiyədə "Bağdad" mahnısı ilə tanınan müğənni Ayla Çelik "Hürriyət"ə müsahibə verib.

Ucarliyiq.biz - in məlumatına görə, ifaçı məşhur mahnısından, şoumen Bəyazit Öztürklə aralarında çıxan sevgili dedi-qodularından danışıb:

"Bağdad"ı yazanda hit olacağına əmin idim. Qadınlar qədər, kişilər də bu mahnını səsləndirir. Bəstəni ilk dəfə bir kişiyə qulaq asdırdım, o da "Bu mahnıdakı qadınla evlənə bilərəm" dedi. Mahnının musiqisini çoxdan bəstələmişdim. Sözlərini isə iki günün içində yazdım".

Ayla Beyazla dostluqlarının necə başlamasını açıqlayıb:

"Bəyaz albom çıxartmaq, "Türkan" mahnımı oxumaq istəyirdi. Dostluğumuz da həmin ərəfədə başladı. O da mahnını oxumadı, icazəsin alıb Demet Akalına verdim. Həmin ərəfədə Beyazla danışırdıq, görüşürdük. Dedi ki, birlikdə nəsə edək. Mən də bir gün "Bağdad"ı göndərdim. Ondan cavab gəlmədi, qəribə oldum. Sonra "Qəribə oldum. Bu mahnı mənə nəsə etdi, amma nə olduğunu bilmirəm. Mən də bu mahnının içində olmaq istəyirəm" dedi. Mən də qəbul etdim. Bu klipdən sonra dedi-qodular lap çoxalacaq. Edəcək bir şey yoxdur, gəlib məni anamdan istəməlidir. Beləcə, insanların ağzını bağlayacağıq (gülür)".