» » Müğənninin başına 10 tikiş qoyuldu - (FOTO)

Müğənninin başına 10 tikiş qoyuldu - (FOTO)

Müğənninin başına 10 tikiş qoyuldu - (FOTO)
Müğənninin başına 10 tikiş qoyuldu - fotolar

Türk pop musiqisini sevənlərə yeni "Şahane ben" albomunu təqdim edən müğənni Selen klip çəkilişi zamanı xəsarət alıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə müğənninin klip çəkilişi zamanı dekorasiyanın aşması nəticəsində baş verib. Selenin üzərinə düşən dekorasiya onun başını bir neçə yerdən yaralayıb. Xəstəxanaya aparılan sənətçinin başına 10 tikiş qoyulub.

Növbəti gün yenidən kamera qarşısına keçən Selen klipinin çəkilişlərini bitirib. O, sosial şəbəkədə yaralı fotosunu paylaşaraq, "bəli, bir qəza yaşadım, yəqinki nəzər dəydi. Nəticədə gözəl bir klip çəkdik, hər şeydə bir xeyir vardır" sözlərini yazıb.

Qeyd edək ki, iki günə çəkilən klip Selenə 150 min lirəyə başa gəlib.