» » "Uşaq aktyorlar cinsi istimar edilir" - qalmaqal

"Uşaq aktyorlar cinsi istimar edilir" - qalmaqal

"Uşaq aktyorlar cinsi istimar edilir" - qalmaqal
"Uşaq aktyorlar cinsi istimar edilir" - qalmaqal Aktyor Elaycah Vud Holivudda yetkinlik yaşına çatmamış aktyorların cinsi istismara məruz qaldığını iddia edib.

Ucarliyiq.biz - in məlumatına görə, “Üzüklərin sahibi” ("The Lord of the Rings") filmlərinin "Frodo"su olan aktyor "Sunday Times”a verdiyi açıqlamasında aktyor uşaqların film sektorundan müxtəlif adamlarla cinsi əlaqədə olduqlarını və bunun artıq sistem şəkli aldığını bildirib.

8 yaşından Hollivud filmlərində yer alan aktyor anasının sayəsində cinsi istismardan qorunduğunu, bir çox uşağın isə istismar qurbanı olmaqdan canlarını qurtara bilnmədiklərini deyib:

"Qurbanların səsi güc sahiblərindən az olduğu üçün cəmiyyət onları eşitmir".

Azyaşlı aktyorların cinsi istismardan qorumaq üçün yaradılmış qurumun təşkilatçılarından olan Anna Henri də Hollivudda 100-ə yaxın uşağın bu problemdən əziyyət çəkdiyini söyləyib.

Elaycah Vud öz Tviter hesabında isə bunları qeyd edib:

"Bu dediklərim mənim şəxsən şahid olduğum hadisələr deyil, baxdığım sənədli filmlər və bu mövzudakı araşdırmalar nəticəsində gəldiyim qənaətdir. Bütün hallarda bu məsələ araştırılmalıdır“.

Elayca Vud və Leonardo DiKaprio
"Uşaq aktyorlar cinsi istimar edilir" - qalmaqal