» » Model Gülbeni qınadı: “Evli adamla işim olmaz”

Model Gülbeni qınadı: “Evli adamla işim olmaz”

Model Gülbeni qınadı: “Evli adamla işim olmaz”
Model Gülbeni qınadı: “Evli adamla işim olmaz”

Müğənni Gülben Ergen həyat yoldaşı Erhan Çelike qəlb mesajı ataraq, heyranlığını elan edən gənc model Esra Nur Türkerə qəzəblənməsi mətbuatın mövzusuna çevrilmişdi.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qadın arasında" proqramına telefonla qoşulan 25 yaşlı model Esra Nur qısqanclıq məsələsinə aydınlıq gətirib:

"Bu məsələ səhv başa düşüldü. Mən Erhan Çelikin aparıcılığını çox bəyənirəm, amma onun yaraşıqlı olmağı ilə maraqlanmıram. Onunla prezidentimizin qızının toyunda də qarşılaşmışdıq. Paylaşdığı sözü bəyənərək, ona qeyri ixtiyari 3 qara ürək göndərdim. Gülben xanımı da çox bəyənirəm. Ailəyə böyük hörmətim var. Məni səhv başa düşüb, qısqanmağa ehtiyac yoxdur. Onun yerində olsaydım, heç vaxt belə hərəkət etməzdim. Adi bir mesajı səhv anladı və məsələ böyüdü. Evli bir adamla işim olmaz”.